Qaradığa
Qaradığa | |
---|---|
39°16′55″ şm. e. 46°20′31″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.225 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Qaradığa — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kəndin başqa adları Qaraunlu, Qaranka, Qardağa formalarında da göstərilir[3]. Rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qaradıqya formasında[4] qeyd edilmişdir.
Burada IX-X əsrlərə aid alban abidələri vardır.
Toponim türk dilində «böyük, iri» mənasında işlənən qara sözü ilə türk dilində «təpə, zirvə» mənasında işlənən tiqey sözünün[5] fonetik forması olan dıqya > dığa sözündən əmələ gəlmişdir.
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 25 nəfər, 1873 - cü ildə 200 nəfər, 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 213 nəfər, 1904 - cü ildə 198 nəfər, 1914 - cü ildə 184 nəfər azərbaycanlı yaşamışdır[6]. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra 1923-24 - cü illərdə öz doğma evlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 95 nəfər, 1931-ci ildə 125 nəfər yalnız azərbaycanlı yaşamışdır[7]. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından tamamilə qovulmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932, с. 56
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.116
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.552
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 56-57, 134-135
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 57, 135