Qaradağlı (Qarakilsə)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi Azərbaycan əraziləri
COMƏRDLİ kəndi
Ümumi məlumatlar
Bölgə Zəngəzur mahalı
İndiki adı Mrqavet
Adının dəyişdirilmə tarixi 20.10.1967

QaradağlıQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd.

İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[1] qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır.

Buraya ermənilər 1828-1830-cu illərdə İrandan köçürülmüşdür[2][3]. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır[4]. 1919 - cu ilin axırlarında azərbaycanlılar soyqırıma məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 152 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 105 nəfər azərbaycanlı yaşamışdır[4]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953 - cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.

Toponim böyük türk tayfası qızılbaşlardan olan qaradağlı tayfasının adı[5] əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.

  1. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.116
  2. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.547-549
  3. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.14
  4. 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.48-49, 128-129
  5. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в ХVI начале XIX вв., Л., Издство Ленинградского Университета, 1949. s.92