Oxçu (Qafan)
Oxçu | |
---|---|
Ölkə | Ermənistan |
Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.[1][2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 32 km şimalda, Oxçu çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim "Kitabi-Dədə Qorqud" dastanlarının XII — sonuncu boyunda adı çəkilən oğuz qəhrəmanı Ənsə Qoca oğlu Oxçu şəxs adı ilə bağlı əmələ gələn oxçu etnonimindən yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə tqponimdir. Oxçu adlı türk tayfasının adını əks etdirir. XIX əsrdə Qars əyalətinin Ərdahan dairəsində Oxçi, həmin əyalətin Qars dairəsində Oxçi və Oxçioğlu[4],Cənubi Azərbaycanda Oxçu və Oxçular kənd adları ilə mənşəcə eynidir. Orta əsrlərdə Anadolunun şərqində bir mahal Oxçi adlanırdı[5]. 1588-ci ilə aid mənbədə Bərdə nahiyəsində Oxçulu adlı elin yaşadığı qeyd olunmuşdur. Bolqarıstanda üç Oxçular və iki Oxçulu adlı kənd barədə bax: M. Türkеr Acaroğlu. Bulqarstanda türkcə yеr adları klavuzu. Ankara, 1988, s. 300 (türkcə).[6]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 143 nəfər, 1873-cü ildə 541 nəfər, 1886-cı ildə 1122 nəfər, 1897-ci ildə 1246 nəfər, 1904-cü ildə 1709 nəfər, 1914-cü ildə 200 nəfər azərbaycanlı yaşamışdır[7]. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşlar və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 16 nəfər, 1926-cı ildə 13 nəfər azərbaycanlı yaşamışdır[8]. 1930-cu illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından qovulmuşlar. İndi yalnız ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.197
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ Faruq Sümər. Oğuzlar. Bakı, 1992.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Охчу // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.60–61, 136–137