Şəhərcik (Qafan)
Şəhərcik | |
---|---|
39°13′35″ şm. e. 46°20′10″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Rayon | Qafan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.071 m |
Saat qurşağı | |
Şəhərcik — Zəngəzur mahalının Qafan rayonunda kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir.
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[1].
Erməni mənbələrində Şharcik formasında qeyd edilir[2].
Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 395 nəfər, 1914-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır[3].
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir.
Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır[3].
1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar.
İndi burada ermənilər yaşayır. Toponim cavanşir türk tayfasına mənsub olan şəhərcik etnonimi[4] əsasında əmələ gələn etnotoponimdir.
Quruluşca sadə toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]1988-ci ilə qədər azərbaycanlılar
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əkinçilik və heyvandalıq
Görkəmli şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Oqtay Əsədov (Əsədov Oqtay Sabir oğlu) — Azərbaycan Respublikası Milli Məclisinin sədri.
- Muradov Sabir Yaqub oğlu (şəhid)
- Xanlar Zəngəzurlu
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.290
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.60
- ↑ 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.60-61, 136-137
- ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.73