39°12′17″ şm. e. 46°29′50″ ş. u.HGYO

Aşağı Qaraçimən

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Aşağı Qaraçimən
39°12′17″ şm. e. 46°29′50″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Qafan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 165 nəf. (2011)[1]
Xəritəni göstər/gizlə
Aşağı Qaraçimən xəritədə
Aşağı Qaraçimən
Aşağı Qaraçimən

Aşağı QaraçimənYelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.[2]

Rayon mərkəzindən 5 km şimal-şərqdə yerləşmişdir.

Toponim türk dilində «böyük, geniş» mə’nasında işlənən qara sözü ilə[3] «yaşıllıq, otluq» mə’nasında işlənən çimən (çəmən sözünün dialekt variantı) sözünün birləşməsindən əmələ gəlib «böyük çəmənlik» mənasını bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kənddə 1831-ci ildə 11 nəfər, 1873 - cü ildə 63 nəfər, 1886-cı ildə 225 nəfər, 1897-ci ildə 34 nəfər, 1904 - cü ildə 216 nəfər azərbaycanlı yaşamışdır[4].

1918-ci ilin dekabrın axırlarında ermənilər azərbaycanlıları qırğınlarla qovmuş və yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 210 nəfər, 1926-cı ildə 154 nəfər, 1931-ci ildə 212 nəfər azərbaycanlı yaşamışdır[5].

1988-ci ilin noyabr ayında ermənilər azərbaycanlıları tamamilə qovmuşdur. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. İbrahimov (Şahin) T.Ə.Qaşqaylar, Bakı, «Elm», 1988. s.271
  4. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932, с. 56-57, 134-135
  5. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 57, 135