İbrahim Eminbəyli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İbrahim Eminbəyli
Azərbaycan Dövlət Nəşriyyatının direktorları
bayraq2
1931 – 1933
"Kommunist" qəzetinin redaktoru
bayraq2
bayraq
Xalq maarif komissarının müavini
bayraq2
1930 – 1931
bayraq
Azərbaycan SSR Baş Mətbuat İdarəsinin rəisi
bayraq2
1924 – 1930
SonrakıHüseyn Şərif
bayraq
Gəncə Qəza İcraiyyə Komitəsinin məsul katibi
bayraq2
1920 – 1922
Şəxsi məlumatlar
Doğum tarixi 1894
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 1937(1937-10-13)
Vəfat yeri
Fəaliyyəti jurnalist

İbrahim Abdulla oğlu Eminbəyli (1894–1937) — 1920-ci ildə Gəncədə quberniya komissarı, sonra Qəza İcraiyyə Komitəsinin məsul katibi, Bakıda "Kommunist" qəzetinin redaktoru, "Azərnəşr"in direktoru, Konservatoriyanın rektoru olub. 1937-ci ildə Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarənin (Qlavlitin) rəisi idi. Azərbaycan K(b)P MK-nın üzvü olub. Repressiya qurbanı, Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübariz.

İbrahim Abdulla oğlu Əminbəyli 1894-cü ildə Gəncə şəhərində anadan olmuşdu. 1914-cü ildə pedaqoji kurs qurtarmış Əminbəyli Şuşa və Gəncədə müəllimlik etmiş, bolşevik partiyasının Gəncə mahal komitəsinin üzvü və katibi seçilmişdir. (1918–1920). Gəncə quberniya komissarı, Gəncə Qəza İcraiyyə Komitəsinin məsul katibi (1920–1922) Sovet partiya məktəbinin, S. Ağamalıoğlu adına texnikumunun müəllimi (1922–1924), AKP MK mətbuat şöbəsinin müdiri, "Kəndli" qəzetinin redaktoru, Azərbaycan SSR Baş Mətbuat İdarəsinin rəisi (1924–1930), xalq maarif komissarının müavini (1930–1931), "Kommunist" qəzetinin redaktoru, "Azərnəşr"in direktoru (1931–1933) vəzifələrində çalışmışdır.

İbrahim Abdulla oğlu Eminbəyli Mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin rəisi İbrahim Eminbəyli əksinqilabçı və gizli müsavatçı kimi həbs edilmişdir.

1937-ci il oktyabrın 12-də saat 17.45-də başlamış məhkəmə iclası 18.00-da başa çatmışdır. Hökm bir gün sonra Bakıda həyata keçirilmişdir.

İ.Eminbəylinin həyat yoldaşı Firuzə Eminbəyli isə 1937-ci ildə həbs edilmiş və xalq düşməninin ailə üzvü kimi sürgün edilmişdir. Sürgündən 1946-cı ildə qayıtmışdır. Yasamal qəbristanlığında dəfn edilmişdir.

1954-cü il iyulun 2-də İ.Eminbəylinin oğlu Yavuz Eminbəyli atasının işinə yenidən baxılması xahişi ilə SSRİ Nazirlər Sovetinin sədri Malenkovun adına ərizə ilə müraciət etmişdir.

1955-ci il dekabrın 10-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə İ.Eminbəylinin işi ilə əlaqədar 1937-ci il oktyabrın 12-də Hərbi Kollegiyanın çıxardığı hökm ləğv edildi.

  • Şəfiqə Məhəmmədova. "Anaların fəryadı". Bakı: "Gənclik". 2006, s.104