Əziz Qubaydullin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əziz Qubaydullin
Qubaydullin Qazis (Əziz) Salihoviç
1937-ci ildə repressiya olunan Əziz Qubaydullin
1937-ci ildə repressiya olunan Əziz Qubaydullin
Doğum tarixi
Doğum yeri Kazan, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR
Vəfat səbəbi represiya
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qubaydullin Qazis (Əziz) Salih oğlu (15 (27) iyun 1887 və ya 1887[1]13 oktyabr 1937 və ya 1938[1], Bakı) – professor, yazıçı, tarixçi, repressiya qurbanı.

1887-ci ilin iyununda Kazanda tacir ailəsində anadan olmuş Əziz Salih oğlu Qubaydullin adı qaynaqlarda Əziz, Aziz, Qaziz, Oaziz, soyadı Qubaydullin, Ubaydullin, ata adı isə Saleh, Salih və ya Salihoviç kimi yazılıb. Bu fərqlilik eyni ad və soyadın Rus, Tatar və Azərbaycan türkcəsində yazılışından doğur.

Valideynləri Əzizi kiçik yaşlarında mollaxana adlandırdığımız məhəllə məktəbinə göndərib. Orada "Qurani Kərimi" oxumağı, islam dininin əsaslarını öyrəndikdən sonra, yəni səkkiz yaşında Xalidiyyə mədrəsəsinə gedib. Onun oxuduğu mədrəsədə dərs deyən müəllimlər Yaxın Şərqin məşhur elm ocaqlarında oxuduqlarından tələbələrinə formal sxolastik məntiq və fəlsəfəni də dərindən öyrətməyə çalışıblar.

Tatarıstan Rusiya işğalı altına düşdükdən sonra buradakı ziyalıların çoxu Rus mədəniyyəti, ədəbiyyatı ilə eləcə də Rusiya vasitəsilə Avropanın inkişaf etmiş xalqlarının ərəbiyyatı, elmi və mədəniyyəti ilə yaxından tanış ola bilmişdilər. Buna görə də Xalidiyyə mədrəsəsinin tədris proqramı Yaxın Şərqin mədrəsələrinin ənənəvi tədris proqramından xeyli fərqlənirdi. Belə ki, burada tələbələr Qərb mədəniyyəti, orada gedən ideoloji mübarizələr tarixi ilə də tanış ola bilirdilər.

Əziz də mədrəsədə oxumaqla yanaşı, hökumətin açdığı Rus-tatar məktəbinə də gedib. Burada rus yazıçısı Lev Tolstoyun əsərlərini sevə-sevə oxuyub, onun düyagörüşünə, həyata baxışına heyran olub.

Kazan şəhərində Rusların sayının gündən günə artması, onlar arasındakı fikir ayrılıqları gənc Əzizə də təsrini göstərib. O, xalqçılarla, anarxistlərlə və sosial demokratlarla yaxından tanış olub. Rus tələbələrinin təsiri altında gimnaziyanın üçüncü sinfinə qəbul olunmağa hazırlaşıb. Lakin ailələrində Rusiyaya nifrət güclü olduğundan, Rus dilində təhsil alanlara bir çox tatar ailələrində yaxşı baxmadığından o, gimnaziyaya qəbul olmaqdan çəkinib.

Əziz Qubaydullin 1904-cü ildə Xalidiyyə mədrəsəsini bitirib.

1905-ci ildə Rusiyada baş verən iğtişaş, mitinq və tətillərdə tatar gəncləri də fəal iştirak edib. Əziz Qubaydullin də gənclik çılğınlığıyla inqilaba qoşulub və monarxiya, müstəmləkəçilik əleyihinə mübarizə aparıb. Onun fəaliyyəti hökumət məmurlarının diqqətindən kənar qalmayıb.

1906-cı ildə yenidən gimnaziyanın səkkizinci sinfinə hazırlaşan Əziz tatar qəzet və jurnalları ilə əməkdaşlıq edib. Necə deyərlər, fikirlərini xalqa çatdırmaq, xalqı qəflət yuxusundan oyatmaq, öz haqqı uğrunda mübarizəyə səfərbər etmək üçün məqalələr yazıb.

1909-cu ildə Kazan Universitetinin hüquq fakültəsinə qəbul olunan Əziz Qubaydullin burada Azərbaycanlı Soltan Məcid Əfəndiyevlə tanış olub. Bu tanışlıq sonralar sıx dostluğa, əqidə birliyinə çevrilərək ömrlərinin sonunadək davam edib. Onun hüquq fakültəsində oxuması o qədər də uzun sürməyib. Prof. A.A.İvanovun tapşırığıyla dövlətin və millətin əmələ gəlməsi mövzusunda araşdırmalar aparıb. 1909-cu ildə "Türk xalqlarının qəhrəmanlıq eposu "Seyd Battal"ın yaranması" əsərini yazıb. Bu əsər universitetin tarix professorları M.M.Xvostovun və N.N.Firsovun diqqətini cəlb edib. Ona tarix şöbəsinə dəyişilməyi məsləhət görüblər. Sevimli müəllimlərinin, xüsusən milliyətcə xakas olan Nikolay Fyodorovic Katanovun məsləhətilə "Marko Polo monqol tarixinin araşdırıcısı kimi" mövzusunda diplom işi üzərində işləyib və 1914-cü ildə onu tamamlayıb. Həmin il gənc alim "Türk-tatar xalqlarında qadınların vəziyyəti – qədim dövrdən Teymura qədər", "Mərcani və bədii incəsənət" əsərlərini yazıb.

Universitetin rəhbərliyi onun təhsildə qazandığı uğurları və yazdığı böyük həcmli diplom işini nəzərə alaraq 1916-cı ildə birinci dərəcəli diplomla təltif ediblər.

Birinci dərəcəli diplomla universiteti bitirənləri yuksək qiymətləndirir və onlara bitirdikləri ali məktəbdə qalıb işləmək təklif olunurdu. Lakin hökumət yanında siyasi etibarsızlığına və tatar olduğuna görə dövlət qulluğuna keçməyə, universitetdə işləməyə icazə verməyiblər. Bu azmış kimi 1914-cü ildən işlədiyi yeni tipli Məhəmmədiyə tatar mədrəsəsindən də uzaqlaşdırıblar.

Kazan qubernatoru onu sürgün yeri sayılan Sibirə göndərib. Əziz Qubaydullin Orenburq vilayətinin Troitsk şəhərinə gəlib. Buradakı müəllimlər seminariyasında rəsmi işə götürülməs də, savadına, bacarığına görə onu qeyri-rəsmi şəkildə işə götürüblər. 1917-ci ilin fevralında II Nikolay taxtdan salınanadək orada işləyib.

Yenidən Kazana qayıdan Əziz Qubaydullinn universitetdə işə duzəlməsi 1917-ci ilin noyabrına kimi yubadılıb. Çünki II Nikolay taxtdan uzaqlaşdırılsa da, monarxiya dövründə verilmiş qanunlar hələ də qüvvədə idi. Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra köhnə qanunların qüvvədən düşdüyünü elan etdikdə Əziz QQubaydullinn unversitetdə magisturaturaya qəbuluna yol açıb. 1919-cu il iki professorun, milliyətcə xakas olan türkoloq N.F.Katanov və rus tarixçisi N.N.Firsovun himayəsilə o, universitetin tarix kafedrasında işə götürülüb. O, az bir zamanda, yəni 1918-ci ildə "Din tarixi kursu" 1919-cu ildə "Rusiya tarixi kursu" və "Qədim dünya tarixi kursu" dərsliklərini yazıb.

1921-ci ildə Sovet təhsil sistemində magistratura pilləsi ləgv edilib. Əziz Qubaydullin son imtahanlarını verib magistir adı almadan həmin ildən Şərq Akademiyası və Şərq Pedaqoji İnstitutunda müəllim işləməyə başlayıb. "Xəzər xaqanlığının tarixi təcrübəsi", "Bir tatar salnaməsinin məhvi", "Puqaçev üsyanında tatarların iştirakı" və "Puqaçev üsyanı və tatarlar" mövzusunda apardığı araşdırmalar ona böyük hörmət qazandırıb.

Əziz Qubaydullin unversitetdə dərs deməsinə baxmayaraq, həmişə bolşeviklərin təziqiylə üzləşib. Onun xalqını azadlıq mübarizəsinə, müstəmləkəçilər əleyhinə səsləyən məqalə və çıxışları bolşevik görüntülü velikorusları rahatsız edib. Onlar yaxşı bilirdilər ki, sosializm, kommunizm şüarları ilə hakimiyyətə gələnlər də Rusiyanın müstəmləkəçilik siyasətini davam etdiriblər. Ə.Qubaydullin də onlara qarşı durub və xalq arasında da onun sözü eşidilib.

1925-ci ildə Səmərqəndə keçmiş Rusiya müstəmləkəsi olan, indi də Sovetlərin zülmü altında inləyən Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Başqırdıstan, Dağıstan, Azərbaycan və b. bölgələri azad edib vahid bir dövlət qurmaq istəyilə bir gizli təşkilat qurulub. Az sonra bu təşkilatın ağırlıq mərkəzi Bakıya dəyişdirilib. Təşkilatın bir çox rəhbərləri kimi Əziz Qubaydullin də Bakıya gəlməli olub.

Bakıda onun səmərəli işləməsi və gizli fəaliyyətini davam etdirməsi, təşkilatın formalaşdırması üçün lazımı şərait olub. Gənclik dostu və tələbə yoldaşı S.M.Əfəndiyev də burada rəhbər vəzifədə işləyib. Odur ki, Ə. Qubaydullin Azərbaycan Dövlət Universitetinə dosent seçib və yeni yaradılan tarix- ictimaiyyət şöbəsinə müdir təyin edilib. Yaradılan şəraitdən səmərəli istifadə edərək 1927-ci ildə "Xəzərlərin mənşəyi məsələsi", "Tatar burjuaziyasının tarixindən" və "Azərbaycan bəyləri və onların tabeliliyində olan kəndlilər", 1928-ci ildə "Teymur imperiyasının tənəzzülü və özbəklər mərhələsi", 1929-cu ildə "Tatarların mənşəyi məsələsi", "XVI-XVII əsrlərdə tatarların kəndli hərəkatlarında iştirakı", 1930-cu ildə "İsmayıl Qaspıralının ideologiyasına bir nəzər" əsərlərini yazıb.

1928-ci ildə Şərq tarixi kafedrasına professor seçilən Əziz Qubaydullinin şöhrəti Bakıdan uzaqlara yayılıb. Belə ki, 1930-cu ildə onu Moskva Dövlət Unversitetinə də professor seçiblər və Qubadullin orada mühazirələr oxuyub.

Əziz Qubaydullin dərs deməklə yanaşı, yorulmadan araşdırmalar apararaq "Didərgin tatarların sosial inkişafının mərhələləri", "Bakı və ətrafı kəndlər", "Fatih Əmirxanov və tatar ədəbiyyatı", "Türk-tatar xalqlarının elminin inkişaf tarixi" əsərlərini və "Feodal epoxasında SSRİ xalqlarının tarixi kursu", "Kəndli müharibələri" və b. dərs vəsaitlərini tamamlayıb.

1931-ci ildən Yaxın Şərq tarixi kafedrasına müdirlik edən prof. Əziz Qubaydullini SSRİ Xalqları Tədqiqat İnstitutunun, Marksistlər Tarixi Cəmiyyəti, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstituna, Tarix və Arxeologiya Cəmiyyətinə, Tatarşünaslıq Cəmiyyəti və b. təşkilatlara üzv seçiblər.

Əziz Qubaydullin ali məktəblərdə dərs deməklə yanaşı, gizli təşkilata kadrlar cəlb edib, tələbələrinə getdikləri yerdə gizli təşkilatın özəklərini yaratmağı öyrədib. Rəhbər vəzifələrdə işləyən partiya, sovet işçiləri ilə görüşən, onları da gizli təşkilatın işinə cəlb edən Əziz Qubaydullin 1937-ci il martın 17-də çalışdığı universitetdən və SSRİ Elmər Akademiyası Azərbaycan Filialından işdən azad edilib, həbs olunaraq güllələnib.[2]