İskəndər Əliyev
İskəndər Əliyev | |
---|---|
1932 – 1937 | |
1937 – 1938 | |
Əvvəlki | Seyfulla İbrahimov |
Sonrakı | Manaf Xəlilov |
1937 – 1938 | |
1956 – 1959 | |
1959 – 1964 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 1972 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | |
Uşaqları | Rəna (1932-2016), Fuad (1935-1953) və Arif (1937-1988) |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İskəndər Əli oglu Əliyev (1906, Şuşa – 30 dekabr 1972, Bakı) – Azərbaycan SSR Xalq Yüngül Sənaye komissarı, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs.
Həyat yolu
[redaktə | mənbəni redaktə et]1906-cı ildə Rusiya imperiyasının Yelisavetpol quberniyasının Şuşa şəhərində anadan olmuşdur. Onun valideynləri erkən yaşında dünyalarını dəyişmiş, bu səbəbdən böyük qardaşının himayəsində olmuşdur[1][2]. Qardaşı Bakının Sabunçu rayonunda neft mədənlərində işləmək üçün Bakıya köçəndə, onunla birlikdə idi. Ancaq Şuşada baş verən erməni-müsəlman davasında onun ailəsi böyük itkilər vermiş və kiçik yaşlı İ. Əliyev itkin düşmüşdür. Bundan sonra o, Qasım-İsmaylov (indiki Goranboy) rayonunun Goranboy kəndində bir əkinçinin təsərrüfatında muzdur olmuşdu[1][2]. Elə o zaman da muzdurların həmkarlar ittifaqında ictimai işlərə qatılmışdır.
Xalq təsərrüfatında fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1926-cı ildə Gəncəyə köçmüş, orada dəmir yolu deposunda qara fəhlə, sonra isə çilingər kimi işləməyə başlamışdır. Elə bu zaman da özünü fəal ictimaiyyətçi kimi göstərmiş 1928-ci ildə Gəncə deposunun həmkarlar ittifaqı komitəsinin məsul katibi seçilmişdir[1][3]. 1929–1930-cu illərdə Gəncə dəmiryolu işçilərinin məhəlli həmkarlar ittifaqının mədəniyyət şöbəsinin müdiri, sonra isə onun sədri olmuşdur[1][3].
1930-cu ildə Bakıya köçmüş, burada Ali Xalq Təsərrüfatı Sovetində kütləvi iş üzrə təlimatçı, əmək ixtiraçılığı mərkəzi bürosunun sədri, istehsalat-texniki təbliğat sektorunun rəisi vəzifələrində çalışmışdır[1][4].
1932-ci ildə Azərbaycan SSR Xalq Yüngül Sənaye Komissarlığının təlimatçısı vəzifəsində işləmişdir[1][4].
16 iyun 1933-cü ildə SSRİ Xalq Yüngül Sənaye Komissarlığının Dövlət Pambıq Satışı İdarəsinin Azərbaycan şöbəsinin müdiri təyin olunmuşdur[1][4].
11 avqust 1937-ci il tarixində Azərbaycan SSR Xalq Yüngül Sənaye komissarının müavini[5], 2 noyabr 1937-ci il tarixində isə Xalq Yüngül Sənaye komissarı[6] vəzifəsinə təyin olunmuşdur[1].
SSRİ Ali Sovetinin deputatı
[redaktə | mənbəni redaktə et]Deputatlığa namizədliyi 1937-ci ildə Nuxa (indiki Şəki) toxucu fabriki və Qutqaşen (indiki Qəbələ) fındıqtəmizləmə zadodu, Mexanikləşdirilmiş Traktor Stansiyası (MTS) və bu şəhərlərin bir sıra başqa müssisə kollektivləri tərəfindən irəli sürülmüşdür[1]. Bəzi məlumatlara görə, onun namizədliyi həm də Quba şəhərindən verilmişdir[7].
12 dekabr 1937-ci il tarixində SSRİ Ali Sovetinin (millətlər palatası) deputatı seçilmiş və 1938-ci ilin yanvar ayında onun birinci iclasında iştirak etmişdir.
Deputat olduğu zaman Azərbaycanın bölgələrinə səfərlər edib, seçiciləri ilə görüşlər keçirmişdir[8].
Repressiyaya uğraması
[redaktə | mənbəni redaktə et]Stalin və Bağırovun siyasi repressiyalarının qurbanı olmuşdur. 1937-ci ildə Mir Cəfər Bağırov SSRİ Ali Sovetinin deputatlarını ifşa edə biləcək materialların və imzasız (anonim) məktubların yığılmasına dair gizli sərəncam vermişrir. Bu sərəncamı yerinə yetirən şəxslər ona bildirmişdirlər ki, İ. Əliyevin həyat yoldaşının qardaşı bolşeviklər tərəfindən 1927-ci ildə güllələnmiş Müsavat partiyası gizli fəaliyyət göstərən təşkilatının sədri Dadaş Həsənov idi; ögəy dayısı isə az öncə XDİK tərəfindən tutulmuşdur[7].
İskəndər Əliyev 1 iyun 1938-ci ildə əksinqilabi fəaliyyətlə məşğul olmaqda ittiham edilərək həbs olunmuşdur[9][10]. 5 iyun 1938-ci ildə "Xalq Daxili İşlər Komissarlığı (XDİK) tərəfindən ifşa olunmuş xalq və partiya düşməni" kimi Kommunist (bolşeviklər) Partiyasından [K(b)P][11], 1 iyul 1938-ci ildə isə Xalq Yüngül Sənaye Komissarı vəzifəsindən xaric edilmişdir[12]. Həmin ildə deputat mandatından məhrum edilmişdir.
İ. Əliyevin adı 1938-ci ildə "Stalin siyahılarının" 1-ci kateqoriyasına salınmışdır[13]. Bu da o demək idi ki, o güllələnməli idi. Ancaq hansısa səbəblərdən onu edam etmədilər. Ola bilsin ki, onun deputat olması müəyyən qədər ona kömək etdi. Ancaq çox güman ki, onun güllələnməsi növbəsi çatınca repressiyaların səngiməsi dövrü başlandı. Məsələ burasındadır ki, onun adı keçən siyahının tarixi 25 sentyabr 1938-ci il tarixinə təsadüf edilir. Həmin ilin oktyabr ayında isə güllələnmə hökmlərinin icra edilməsini əsasən ləğv etmişdirlər. Bundan sonra məhbusarın çoxusunu uzun müddətə azadlıqdan məhrum edirdilər.
"Sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" (SEMƏMT) rəhbərlərindən biri olmaqda, istehsalatda ziyanvericiliklə məşğul olaraq təşkilata yeni üzvlərin cəlb edilməsində, Az. SSR partiya və hökumət rəhbərliyinə qarşı təxribatların hazıllamasında ittiham edilmişdir[14]. Ondan başqa, SEMƏMT rəhbərləri kimi daha beş yüksək vəzifəli şəxs həbs edilmişdir. Bunlar Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini Manaf Xəlilov, Az. SSR Xalq Daxili Ticarət komissarı İbrahim Əsədullayev, Az. SSR Xalq Əkinçilik komissarı Əbülfət Məmmədov, Xalq Rabitə komissarlığının məsul işçisi Yefim Rodionov və Az. SSR Xalq Komissarları Sovetinin məsul işçisi Boris Lyuborski-Novikov idilər.[15]
SEMƏMT işi Azərbaycanda Stalin-Bağırov repressiyaları dövrünün ən böyük işlərindən biri idi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər"[16].
İ. Əliyev, bu iş üzrə keçən başqa məhbuslar kimi, istintaq zamanı öncə şiddətli işgəncələrə məruz qalaraq[17] təqsirli olduğunu etiraf etməyə məcbur edilmiş, ancaq 1939 ildə məhbusların hamısı öz etirafedici ifadələrindən imtina etmişdirlər[18]. Bu səbəbdən məhkəmə onların işini əlavə istintaqın aparılması üçün geri qaytarmışdı.
1940-cı ildə Moskvanın "Butırka" həbsxanasına göndərilmiş[19], ancaq sonra Bakıya qaytarılmışdır.
1941-ci ilin 30 avqust tarixində Bakıda Zaqafqasiya Hərbi Dairəsinin Hərbi Tribunalının səyyar iclası tərəfindən ona qarşı irəli sürülən ittihamlarda təqsirli bilinərək 10 il müddətinə azadlıqda məhrum edilmişdir.[20]
Cəzasını Qazaxıstan SSR Karaqanda vilayətinin islah əmək düşərgələrində (Karlaq)çəkmişdi. Ümumi hesabla 18 il ərzində (1938–1956) həbs və sürgündə olmuşdu. Məlumdur ki, sürgün həyatının son illərini (1953–1955) Karaqanda vilayətin Kuv rayonunun Koyandı MTS-ində və Koyandıbulaq kəndinin kolxozunda sürmüş, orada aqronom vəzifəsində çalışmışdır[21].
Bəraət alması
[redaktə | mənbəni redaktə et]Stalinin ölümündən sonra, 5 mart 1953-cü ildə Mir Cəfər Bağırov K(b)P MK katibi vəzifəsindən azad edilmişdir. 1954 ilin may ayında isə SSRİ baş prokuroru R. A. Rudenkonun rəhbərliyi ilə "əksinqilabçıların" işlərinə yenidən baxmaq üçün Mərkəzi komissiya yaradılmışdır. Bu komissiyanın işinin əsas istiqamətlərindən biri də Azərbaycanda siyasi repressiyalar qurbanlarına bəraət (reabilitasiya) qazandırmaq idi[15].
SEMƏMT işinə də bu komissiya Karlaqda sürgün həyatını yaşamış İskəndər Əliyevin verdiyi 11.11.1954 il tarixli ərizəsinin[22] əsasında baxmış və nəticədə bu iş üzrə bütün məhkum edilmişlər bəraət almışlar[23].
M. C. Bağırov və onunla əlbir olanların məhkəmə prosesində iştirakı
[redaktə | mənbəni redaktə et]İ. Əliyev aprel 1955-ci ildə bəraət almışdır[24], ancaq buna baxmayaraq 1956-cı ilin fevral ayında[25] hələ də Qazaxıstanda sürgündə idi. Çünki SSRİ prokurorluğu onu Bağırov və onunla əlbir olanlara qarşı məhkəmə prossesində şahid qismində iştirak etmək üçün hazırlayırdılar. Ola bilər ki, onun Bakıya tezliklə qayıdışı onun üçün təhlükəli ola bilərdi, köhnə rəhbərliyin tərəfdarları şahidi ortalıqdan götürmək üçün ona qarşı qəsd təşkil edə bilərdilər.
Bakıya qayıdandan dərhal sonra İ. Əliyev 1956-cı ilin aprel ayında o zaman təşkil olunan keçmiş Az. SSR K(b)P MK katibi M. C. Bağırov və onunla əlbir olanların məhkəmə prosesinə cəlb edilmişdir. Məhkəmə mühakimə edilənləri onlara qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilərək ağır cəzalara məhküm etmişdir. Bu məhkəmədə İ. Əliyev repressiyalarından zərərçəkmiş və şahid qismində SSRİ baş Prokuroru R. A. Rudenko tərəfindən dindirilmişdir[17]. SEMƏMT rəhbərlərininə qarşı cinayət işinin saxtalaşdırılması və onlara işgəncələrin verilməsi həmin məhkəmədə bir daha sübuta yetirilmişdir və Bağırova qarşı irəli sürülən əsas ittihamlardan biri kimi məhkəmə Hökmünun mətnində xatırlanmışdır:
"1938-ci ildə M. C. Bağırovun göstərişi ilə Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini Manaf Xəlilov, xalq daxili ticarət komissarı İbrahim Əsədullayev, xalq əkinçilik komissarı Əbülfət Məmmədov, xalq yüngül sənaye komissarı İskəndər Əliyev, xalq rabitə komissarlığının səlahiyyətlisi Rodionov, Xalq Komissarları Sovetinin məsul işçisi Lyuborski-Novikov həbs edilmişlər. M. C. Bağırovla əlbir olanlar onlara qarşı "sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyyətçi təşkilatının" rəhbərləri olduqları haqqında saxtalaşdırılmış ittiham irəli sürmüşlər. Bağırovun əlaltıları bu şəxslərə qarşı işgəncələr və zorakılıq işlədəndən sonra, onlar çoxlu sayda başqa təqsirsiz insan haqqında saxta ifadələr verməyə məcbur edilmişlər"[16].
Sonrakı həyatı
[redaktə | mənbəni redaktə et]Bəraət alandan sonra İ. Əliyev xalq təsərrüfatı sistemində işləmiş, rəhbər vəzifələrdə çalışmışdır. O zaman Azərbaycanın stalinizm mirasından aralanma prosesi gedirdi və Azərbaycan SSR KP katibi İmam Mustafayev bu prosesin dərinləşdirilməsində maraqlı idi. Ona görə də İskəndər Əliyev kimi stalinizmdən zərər çəkmiş adamların rəhbər vəzifələrdə bərpa edilməsi bu siyasətə qulluq edən addımlardan idi. Zərər çəkmişlər köhnə rejimi dəstəkləməzdilər. Beləliklə İ. Əliyev 1956–1959-cu illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Komitəsiinin sədri olmuşdur. 1959-cu ildə İmam Mustafayev vəzifəsindən azad edilmişdir. Onun yerinə gələn Vəli Axundonun dövründə İ. Əliyev yeni təyinat alaraq 1959–1964-cü ilərdə Azərbaycan SSR Zərgərlik Malları Ticarəti Komitəsinin sədri olmuşdur[15]. 1964-cü ildən etibarən ümumittifaq dərəcəli təqaüdçü olan İ. Əliyev 1972-ci ilin 30 dekabr tarixində vəfat etmişdi[26].
Təhsili
[redaktə | mənbəni redaktə et]İbtidai təhsilini Bakıda, qardaşı neft buruqlarında işləyərkən almışdı.[1]
1932-ci ildə Oktyabrın 14-cü ildönümü adına Bakı Neft Fəhlə Fakültəsininin məzunu olmuşdur.[27]
1933–1934-cü illərdə isə Moskvada SSRİ Yüngül Sənaye Nazirliyinin rəhbər işçilərinin ixtisasartırma kurslarını bitirmişdi.[28]
Partiya üzvlüyü
[redaktə | mənbəni redaktə et]1924–1928-ci illərdə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (ÜİLKGİ) üzvü; 1928 ilin sentyabr ayından etibarən Ümumittifaq K(b)P üzvü olmuşdur (partiya bileti № 1434101)[11]. Repressiya zamanı partiyadan xaric edilmiş[11], 1956-cı ildə bəraət alandan sonra partiyada bərpa olunmuşdur. Sovet İttifaqı Kommunist Partiyası üzvü idi (1956–1972).
Ailəsi
[redaktə | mənbəni redaktə et]İskəndər Əliyev 1931-ci ildə Pəri Həsənova ilə evlənmişdi[29]. Bu evlilikdən onların Rəna (1932–2016), Fuad (1935–1953) və Arif (1937–1988) adlı üç uşağı anadan olmuşdur[15]. İskəndər Əliyev bəraət aldıqdan sonra ailəsi ilə birləşmişdir. 1956-cı ilə qədər ailəsinin onun taleyi haqqında xəbəri olmamışdır.
Həyat yoldaşı Pəri Həsənova (ərə gedəndən sonra Əliyeva) o zaman Azərbaycanda gizli fəaliyyət göstərən və 1927-ci ildə bolşeviklər tərəfindən güllələnən Müsavat partiyasının Mərkəzi Komitəsinin sədri Dadaş Həsənovun bacısı idi. O, 1930-cu illərdə Gülarə Qədirbəyova ilə birlikdə "Şərq qadını" jurnalında çalışmış, jurnalın məsul katibi olmuşdur[30][31]. Həyat yoldaşı həbs edildikdən sonra redaksiyadan işdən çıxmış, sonra Bakının Teatr muzeyində işləmiş, hətta bir müddət onun müdiri vəzifəsini icra etmişdir[32]. Ancaq İ. Əliyev məhkəmə qərarı ilə məhkum olunandan sonra, 1942-ci ildə azyaşlı uşaqları ilə Bakını tərk edib Bərdəyə köçməyə məcbur olmuş, orada kənd məktəbində rus dili müəlliməsi vəzifəsində çalışmışdır. M. C. Bağırov 1953-cü ildə vəzifədən kənarlaşdırılandan sonra yenidən Bakıya qayıtmış, məktəbdə müəllimə işləmişdir[32].
Video
[redaktə | mənbəni redaktə et]- İskəndər Əliyevin yüksəlişi, enişi və dirçəlişi (Azərbaycanca alt yazılarla) // Fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadənin mühazirəsi.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Alizade, A. (2021). Red Terror in Azerbaijan: The Case of the "Reserve Rightwing Trotskyite Center of the Counterrevolutionary Nationalist Organization" (1938–1956). Journal of Universal History Studies, 4 (1), 54–66. DOI: 10.38000/juhis.908368.
- Əlizadə A. A. Azərbaycanda qırmızı terror:"sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı"nın işi (1938–1956) // Elmi əsərlər. Beynəlxalq elmi-nəzəri jurnal № 1 (30), Bakı, 2018, s. 142–153.
- Əlizadə A. A. Azərbaycanda siyasi repressiyalar tarixindən (1938–1956) // Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr". Beynalxalq elmi konfrans, Bakı, 2018 (Məruzələr toplusu, Bakı, 2019, s. 90–96).
- Айдын Али-заде. Красный террор в Азербайджане // Журнал "Уроки истории". Международный Мемориал.
- Политбюро и дело Берия. Сборник документов — М.:, 2012. С. 881–892.
- Смирнов Н. Рапава, Багиров и другие. Антисталинские процессы 1950-х гг.. — АИРО-XXI, 2014. — С. 123–124. — 380 с. — ISBN 978-5-91022-274-2.
- Теюб Гурбан (составитель). На имя Багирова, за подписью Багирова. Сборник архивных материалов / / Редактор А. Балаев.. — Баку: "Ol"npkt, 2016. — С. 59–60. — 392 с. — ISBN 978-9952-494-86-0.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Öz səsimizi göstərdiyimiz qandidatımıza verək. İskəndər Əli oğlu Əliyev. // "Nuxa işçisi" qəzeti, 1937-ci il". 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ 1 2 İ. Əliyevin 29 oktyabr 1940-cı il tarixli dindirilmə protokolu. // İ. Əliyevin istintaq işi № 25910, c. 4, əsli, maşın yazısı, arxiv materialları.
- ↑ 1 2 "İskəndər Əli oğlu Əliyevin əmək kitabçası, əsli, əl yazısı, s. 2". 2018-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ 1 2 3 "İskəndər Əli oğlu Əliyevin əmək kitabçası, əsli, əl yazısı, s.3". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ "Ümumazərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 avqust 1937-ci il tarixli 41 №-li protokolun çıxarışından surəti". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ "Ümumazərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 2 noyabr 1937-ci il tarixli 49 №-li protokolun çıxarışından surəti". 2018-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ 1 2 "Bağırovun adına, Bağırovun imzası ilə. Arxiv materiallarının toplusu / Tərtib edən Teyyub Qurban. Redaktor A. Balayev. Bakı, 2016, s. 85, 59–60". 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ "Deputat Əliyev yoldaşın öz seçiciləri ilə görüşü. // "Nuxa işçisi" qəzeti, 1938-ci il". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ "İskəndər Əliyev / SSRİ-də siyasi terror qurbanları / Beynalxalq Memorialın siyahısı". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ İstintaqın 22737 №-li iş üzrə 21 iyul 1938-ci il Qərarı // İ. Əliyevin istintaq işi № 25910, c. 4, əsli, maşın yazısı, arxiv materialları.
- ↑ 1 2 3 "Kommunist (bolşeviklər) partiyasının Müvəqqəti İngilabi Komitəsinin 5 iyun 1938-ci il toplantısının 1 №-li protokolundan çıxarış // İ. Əliyevin istintaq işi № 25910, c. 4, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ "1 iyul 1938-ci il tarixli Az. SSR Mərkəzi İcraiyyə Komitəsinin toplantısının 62 №-li protokolundan çıxarışı // İ. Əliyevin istintaq işi № 25910, c. 4, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ "İşləri SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasına göndərilməli işlərin siyahısı. 25 sentyabr 1938-ci il. Stalin, Molotov, Kaqanoviç, Voroşilov tərəfindən imzalammışdır. Rusiya Federasiyası Prezidentinin Apparatı 24, iş 419, vərəq 167". 2018-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-12.
- ↑ "İskəndər Əliyevin 8 avqust 1940-cı il tarixli dindirilmə protokolu // İ. Əliyevin istintaq işi № 25910, c. 4, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ 1 2 3 4 Aydın Əlizadə. Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938–56). Arxivləşdirilib 2018-02-17 at the Wayback Machine
- ↑ 1 2 "Bağırov və başqalarının işi üzrə SSRİ Ali Məhməməsinin Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. M.: Kuçkovo pole, 2012, s. 881–892". 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ 1 2 "Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-çi illərin Stalin əleyhinə prosesləri. M.: AİPO-XXI, 2014, s. 123–124". 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ "17 sentyabr 1939-cu il tarixli istintaqın yekun Qərarı // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ Butırka həbsxanasına yollayış, seriya "K" daxil olan N 243103, N 25910 D, 10.09.1940 // İ. Əliyevin istintaq işi № 25910, c. 4, əsli, maşın yazısı, arxiv materialları.
- ↑ "00497 №-li Məhkəmə hökmü // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ İş yerindən arayış.
- ↑ Vətəndaş İ. Əliyevə SSRİ Ali Prokurorluğundan Bildiriş Arxivləşdirilib 2018-02-03 at the Wayback Machine.
- ↑ 1–8146/41 №-li Qərardadın surəti // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları.
- ↑ "Vətəndaş İ. Əliyevə SSRİ prokurorluğundan bildiriş". 2018-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-11.
- ↑ Vətəndaş Arif İskəndər oğlu Əliyevə SSRİ Prokurorluğundan bildiriş.
- ↑ "439566 №-li ölüm haqqında şəhadətnamənin surəti". 2018-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ "Fəhlə fakültəsini bitirdiyi haqqında arayış". 2018-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ "SSRİ Yüngün Sənaye komissarlığının ticarət bazaları işçilərinin ixtisaslarını artırma kurslarını bitirdiyi haqqında vəsiqə". 2018-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ Evlilik hasqqında şəhadətnamənin surəti.
- ↑ "İş yerindən arayış". 2018-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ "Jurnalın 1934–35-ci illər buraxılışında adı keçməkdədir". 2018-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
- ↑ 1 2 Pəri Əliyevanın əmək kitabçasının surəti.
- 1906-cı ildə doğulanlar
- Şuşada doğulanlar
- 30 dekabrda vəfat edənlər
- 1972-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın yüngül sənaye nazirləri
- Azərbaycan SSR xalq yüngül sənaye komissarları
- SSRİ-də repressiya qurbanları
- SSRİ Ali Sovetinin I çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları
- Çilingərlər