Ümmügülsüm Sultan (III Əhmədin qızı)
Ümmügülsüm Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 fevral 1708 |
Doğum yeri | |
Vəfat tarixi | noyabr 1732 (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | III Əhməd |
Anası | Əminə Mehrişah Sultan |
Uşaqları |
Sultanzadə Hacı Mustafa bəy Sultanzadə Hafiz Mehmed bəy |
Ailəsi | Osmanlı xanədanı |
Ümmügülsüm Sultan (Osmanlıca: أم كلثوم بن أحمد ط ساليس) (7 fevral 1708, İstanbul – noyabr 1732, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ümmügülsüm Sultan 1708-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə Əminə Mihrişah Sultandır. Əkizi olan Zeynəb Sultan 7 aylıq ikən vəfat etmişdir. 2 yaşı olanda yaşlı vəzirlərdən Əbdürrəhman Paşayla nişanlandı. Bu hadisə isə paşa üçün baha başa gəldi. Topqapı sarayında baş tutan nişan mərasimi əsnasında bütün saray əhalisinə, o cümlədən Sultan Əhmədə, baş qadınəfəndisi Əmətullah Sultana, bütün şahzadə və sultanlara hədiyyələr göndərildi. Ancaq nişandan sonra Əbdürrəhman Paşa Rumeliyə göndərildi və sultanla evlənmədən 1715-ci ildə burada vəfat etdi.
21 fevral 1724-cü ildə isə Nevşəhərli İbrahim Paşanın qardaşı oğlu Əli ağayla nişanlandı və bir neçə ay sonra evləndi. Qapıçılar kəndxudası oln Əli ağaya vəzir ünvanı verildi. Bu evlilikdən 2 oğlu - Mehmed (ö. 1763) və Mustafa bəy (ö. 1780) dünyaya gəldi. Patrona Xəlil üsyanı əsnasında Əli Paşa da üsyançılar tərəfindən öldürüldü. Beləliklə, Ümmügülsüm Sultan dul qaldı. 1732-ci ildə isə özü vəfat etdi və Yeni məsciddə dəfn olundu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, Oğlak Yyaınları, 4. baskı, s. 311-313
- Fanny Davis (1986). The Ottoman Lady: A Social History from 1718 to 1918. Greenwood Publishing Group. ISBN 978-0-313-24811-5
- Mustafa Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ankara, Ötüken