Xədicə Sultan (II Bəyazidin qızı)
Xədicə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1465 |
Doğum yeri | |
Vəfat tarixi | 1500 |
Vəfat yeri | |
Atası | II Bəyazid |
Anası | Bülbül Xatun |
Həyat yoldaşları |
Qara Mustafa Paşa Faiq Paşa |
Uşaqları |
Sultanzadə Mehmed bəy Xanzadə xanım Sultan |
Xədicə Sultan (1465, Amasya – 1500, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin qızı.[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Xədicə Sultan 1465-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Bülbül Xatundur. Uşaqlıq illəri Amasyada keçən Xədicə Sultan 1479-cu ildə Həmzə bəyin nəvələrindən müdərris Qara Mustafa Paşayla evləndi. Cütlüyün bu nikahdan 2 övladı dünyaya gəldi. Nikahdan sonra vəzir rütbəsi alan Mustafa Paşa gizlicə Cem Sultanı dəstəkləməsi bəhanə göstərilərək Gədik Əhməd Paşanın təşəbbüsüylə edam edildi.
Ərinin edamından sonra atasına küsən Xədicə Sultan övladlarını da yanına alaraq Bursaya getdi. Daha sonra atasının əmriylə Bursa zadəganlarından Faiq Paşayla zorla nigahlandı. 1500-cü ildə Bursada vəfat etdi. Cənazəsi vaxtilə müalicə aldığı yeraltı bulaqların olduğu yerdə dəfn edildi və Bursa subaşısı olan oğlu Mehmed bəy tərəfindən məzarı üzərində türbə inşa edildi.
Övladları
[redaktə | mənbəni redaktə et]- Sultanzadə Mehmed bəy (d. 1480) — Bursada subaşı vəzifəsində çalışmışdır. Anasının məzarı üzərində türbə inşa etdirmişdir.
- Xanzadə xanım Sultan
Mənbə
[redaktə | mənbəni redaktə et]- Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011). Women's Memory: The Problem of Sources. Cambridge Scholars Publishing. p. 63. ISBN 978-1-443-83265-6
- Majer, Hans Georg (2002). Frauen, Bilder und Gelehrte: Studien zu Gesellschaft und Künsten im Osmanischen Reich, Volume 1. Simurg. p. 105. ISBN 978-9-757-17263-5
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (Hardcover).
- ↑ Uluçay 2011, p. 50