Fatma Sultan (I Səlimin qızı)
Fatma Sultan | |
---|---|
türk. Fatma Sultan | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Trabzon sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Qara Əhməd Paşa külliyəsi, İstanbul |
Fəaliyyəti | əsilzadə |
Atası | Yavuz Sultan Səlim |
Anası | Ayşə Hafsa Sultan |
Həyat yoldaşları |
Kürəkən Mustafa Paşa Qara Əhməd Paşa Xədim İbrahim Paşa |
Uşağı | Sultanzadə Osmanşah bəy |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
Fatma Sultan (d. 1499 - ö. 1573) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Fatma Sultan 1499-cu ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. 10 yaşınadək ailəsiylə birlikdə Trabzon sarayında qalan Fatma Sultan, daha sonra qardaşının təyin olunduğu Kəfə və Manisa sancaqbəyliyində anası və digər azyaşlı bacılarıyla birlikdə yaşamağa başladı. Bu əsnada atası Şahzadə Səlim qardaşlarıyla olan mübarizədə qalib gələrək taxtı ələ keçirmişdi.
Fatma Sultan 1516-cı ildə atasının istəyilə keçmiş Bosniya bəylərbəyi İsgəndər Paşanın oğlu Antakya sancaqbəyi Mustafa Paşa ilə nigahlandı. Cütlüyün bu nigahdan Sultanzadə Osmanşah bəy adlı oğlu olduğu bilinir. Ancaq cütlüyün evliliyi xoşbəxt deyildi. Atasına yazdığı məktubla, ərini şikayət etmiş, onun gənc oğlan uşaqlarıyla əxlaqsızlıqlar etdiyini bildirərək boşanmaq istəmişdir. Nəticədə 1520-ci ilin əvvəlində atasının icazəsiylə boşanmışdır.
Həmin ilin sentyabrında atasının vəfatının ardından yeganə qardaşı Şahzadə Süleyman taxta çıxdı. Onun səltənəti əsnasında 1545-ci ildə vəzir Qara Əhməd Paşayla nigahlandı. Ancaq Əhməd Paşa Avstriya və Səfəvi cəbhələrinə sərdar olaraq təyin edilmiş, uzun illər paytaxtdan uzaq qalmışdır. Nəhayət Rüstəm Paşanın vəzifədən alınmasının ardından 1553-cü ildə Əhməd Paşa sədarətə gətirildi. Ancaq cəbhədə göstərdiyi şücaəti, dövlət idarəsində göstərə bilməyən Əhməd Paşa 29 sentyabr 1555-ci ildə edam olundu.
Ərinin edamının ardından Bursaya sürgün edilən Fatma Sultan daha sonra 1562-ci ildə bağışlandı və ikinci vəzir Xədim İbrahim Paşayla nigahlandı. Ancaq bu nigahın bağlanma səbəbi bilinmir. Nigahdan bir il sonra 30 yanvar 1563-cü ildə İbrahim Paşa vəfat etdi və dul qalan Fatma Sultan bir daha evlənmədi. 1573-cü ildə İstanbulda vəfat etdi. Cənazəsi Qara Əhməd Paşa külliyəsində ərinin türbəsinə dəfn edildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. s. 202. ISBN 978-9-753-29623-6
- Peirce, Leslie (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford: Oxford University Press. ss. 304n62. ISBN 0-19-508677-5
- Uluçay, M. Çağatay. Padişahların Kadınları ve Kızları. — Ötüken, 2011. — С. 54. — ISBN 978-975-437-840-5