Səniyə xanım Sultan
Səniyə xanım Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 oktyabr 1843 |
Doğum yeri | Arnavutköy sahilsarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 1913 |
Vəfat yeri | Arnavutköy sahilsarayı, İstanbul, Osmanlı imperiyası |
Atası | Əhməd Fəthi Paşa |
Anası | Atiyə Sultan |
Həyat yoldaşı | Hüseyn Hüsnü Paşa |
Ailəsi | Osmanlı xanədanı |
Səniyə xanım Sultan (4 oktyabr 1843, İstanbul – 1913) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Səniyə xanım Sultan 4 oktyabr 1843-cü ildə Arnavutköy sahilsarayında dünyaya gəldi. Atası Sultan Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Əhməd Fəthi Paşa, anası isə Sultan Mahmudun qızlarından Atiyə Sultandır. Ancaq hələ 7 yaşında ikən anası vəfat etdi və bacısı Fəridə xanımla birlikdə Fəriyə sarayına köçürüldülər. Burada xüsusi nəzarət altında böyüdülən xanım sultanlar mükəmməl təhsil aldılar.
1860-cı ildə Səniyə xanım Mustafa Nuri Paşanın oğlu Hüseyn Hüsnü Paşayla nigahlandı və yeni ailəsiylə birlikdə Fəriyə sarayında yaşamağa davam etdi. Ancaq 1867-ci ildə Misir xədivi İsmayıl Paşanın anası Hoşyar Qadınəfəndinin İstanbul ziyarəti əsnasında bu saray da xanım sultanların əlindən alındı və Səniyə xanım bacısını da yanına alaraq ailəsiylə birlikdə keçmiş məclis üzvü Rüfət Paşanın köşkündə məskunlaşdı. Ertəsi il bacısı Fəridə xanım Sultan Mahmud Nədim Paşayla evləndirildi. Buna baxmayaraq qısa zaman sonra bu 2 xanım sultan ailələriylə birlikdə doğulduqları Arnavutköy sarayına köçürüldülər və ömürlərinin sonunadək burada yaşadılar.
1899-cu ildə ərinin vəfatıyla dul qalan Səniyə xanımın bu nigahdan övladı olmadı və bir daha evlənmədi. 1913-cü ildə vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsi yaxınlığındakı məzarlığa dəfn olundu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Çelikkol, Zeki (1992). Rodos'taki Türk eserleri ve tarihçe. 6. Türk Tarih Kurumu Basımevi. p. 87. ISBN 978-975-16-0514-6
- Gerçek, Ferruh (1999). Türk müzeciliği. T.C. Kültür Bakanlığı yayınları. T.C. Kültür Bakanlığı. p. 314. ISBN 978-975-17-2268-3
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. p. 557. ISBN 978-9-753-29623-6
- Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken. p. 195. ISBN 978-9-754-37840-5
- Çağlar, Burhan (September 11, 2011). İngiliz Said Paşa ve Günlüğü (Jurnal). Arı Sanat Yayinevi. p. 93. ISBN 978-9-944-74225-2
- Haskan, Mehmet Nermi (2001). Yüzyıllar boyunca Üsküdar. Yüzyıllar boyunca Üsküdar. Üsküdar Belediyesi. p. 197. ISBN 978-975-97606-0-1
- Şehsuvaroğlu, Halûk Y. (1948-10-30). "Arnavutköy sahilsarayı (Boğaziçi lisesi)"
- Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. pp. 81 n. 58, 283. ISBN 978-0-292-78335-5
- Aracı, E. (2006). Donizetti Paşa: Osmanlı sarayının İtalyan maestrosu. Sanat dizisi. Yapı Kredi Yayınları. p. 113. ISBN 978-975-08-1153-1
- Hacker, Barton; Vining, Margaret (17 August 2012). A Companion to Women's Military History. BRILL. p. 199. ISBN 978-9-004-21217-6
- Örenç, A.F. (2006). Yakındönem tarihimizde Rodos ve Oniki Ada. Doğu Kütüphanesi. p. 270. ISBN 978-9944-397-09-4
- Rıza, Ali; Çoruk, Ali Şükrü (2001). Eski zamanlarda İstanbul hayatı. Eski zamanlarda İstanbul hayatı. Kitabevi. p. 301. ISBN 978-975-7321-33-0
- Ahmet Zeki İzgöer; Ramazan Tuğ (2013). Padişahın himayesinde Osmanlı Kızılay Cemiyeti 1911-1913 yıllığı. Türkiye Kızılayı Derneği. p. 50. ISBN 978-605-5599-14-0