Aişə Sultan (II Bəyazidin qızı)
Aişə Sultan | |
---|---|
osman. عايشه خاتون | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1465 |
Doğum yeri | Amasya sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | 1515 |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Fəaliyyəti | əsilzadə |
Atası | II Bəyazid |
Anası | Nigar Xatun |
Həyat yoldaşı | Kürəkən Sənan Paşa |
Uşaqları |
Sultanzadə Əhməd bəy Ayşə Hanzadə xanım Sultan Gövhərşah xanım Sultan Qəmərşah xanım Sultan Fatma xanım Sultan Mihrihan xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Aişə Sultan (1465, Amasya – 1515, İstanbul) — 8. Osmanlı sultanı II Bəyazidin qızı.[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Aişə Sultan 1465-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aişə Sultan 1480-ci ildə Sənan Paşayla evləndi və nigahın ardından Sənan Paşa kaptan-ı dərya təyin edildi. Aişə Sultan daha sonra Anadolu bəylərbəyi təyin edilən əriylə birlikdə Anadolunun müxtəlif bölgələrində yaşadı. Cütlüyün bu nigahdan 1 oğlu və 5 qızı dünyaya gəldi.
Ərinin vəfatından sonra övladlarıyla birlikdə 1504-cü ildə İstanbula döndü. Atasının və onun vəfatından sonra ögey qardaşı Yavuz Sultan Səlimin səltənətlərində sarayda nüfuz sahibi oldu. Ədirnədə bir məscid, Gəliboluda isə məscid və məktəb inşa etdirən Aişə Sultan ərindən miras qalan bir çox torpaq mülklərini bunlara vəqf etdi.
Qardaşı Şahzadə Qorqudun öncə atasına, daha sonra isə qardaşı Yavuz Sultan Səlimə qarşı ayaqlanması hadisələrində vasitəçi rolu oynadı və qardaşının yazdığı məktublarla bağışlanmasını istədi. 1515-ci ildə İstanbulda vəfat etdi.
Övladları
[redaktə | mənbəni redaktə et]- Sultanzadə Əhməd bəy — Vize sancabəyi oldu və 1506-cı ilin yanvarında Rumeli bəylərbəyi Həsən Paşanın qızıyla evləndi və bir qızı dünyaya gəldi.
- Gövhərxan Sultan
- Ayşə Hanzadə xan'ım Sultan' — Ankara sancaqbəyi Dukakinzadə Əhməd bəylə evləndi.
- Gövhərşah xanım Sultan (ö. 4 aprel 1552, Hələb əyaləti) — 1503-cü ildə Dukakinzadə Əhməd Paşayla evləndi və 2 övladı dünyaya gəldi. Ərinin ölümündən sonra 1515-ci ildə Ömər bəyin oğlu İbrahim bəylə evləndi.
- Dukakinzadə Mehmed Paşa
- Fatma xanım — 1518-ci ildə Alanya sancaqbəyi İsgəndər bəylə evləndi.
- Qəmərşah xanım Sultan — 6 iyul 1506-cı ildə Məsih Paşanın nəvəsi Əhməd bəylə evləndi.
- Fatma xanım Sultan — 28 iyun 1506-cı ildə Məsih Paşanın oğlu Əli bəylə evləndi.
- Sultanzadə Əhməd bəy — Fatma Sultanın yeganə qızıyla evləndi.
- Mihrihan xanım Sultan (ö. 1559, Fessaliya) — Ömər bəyin oğlu Həsən bəylə evləndi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011). Women's Memory: The Problem of Sources. Cambridge Scholars Publishing. p. 63. ISBN 978-1-443-83265-6
- Majer, Hans Georg (2002). Frauen, Bilder und Gelehrte: Studien zu Gesellschaft und Künsten im Osmanischen Reich, Volume 1. Simurg. p. 105. ISBN 978-9-757-17263-5
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (Hardcover).
- ↑ Narodna biblioteka "Sv. sv. Kiril i Metodiĭ. Orientalski otdel, International Centre for Minority Studies and Intercultural Relations, Research Centre for Islamic History, Art, and Culture (2003). Inventory of Ottoman Turkish documents about Waqf preserved in the Oriental Department at the St. St. Cyril and Methodius National Library: Registers. Narodna biblioteka "Sv. sv. Kiril i Metodiĭ.