Zeynəb Sultan (III Əhmədin qızı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zeynəb Sultan
osman. زینب سلطان‎
Şəxsi məlumatlar
Doğum tarixi 8 aprel 1714(1714-04-08)
Doğum yeri
Vəfat tarixi 25 mart 1774(1774-03-25) (59 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti əsilzadə
Atası III Əhməd
Anası Rabiyə Şərmi Sultan
Həyat yoldaşları
Uşağı Sultanzadə Mahmud bəy
Ailəsi Osmanlı xanədanı

Zeynəb Asimə Sultan (Osmanlıca: زينب بن احمد - ساليس) (8 aprel 1714, İstanbul, Osmanlı imperiyası25 mart 1774, İstanbul, Osmanlı imperiyası) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı.

Zeynəb Sultan 1714-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə Rabiyə Şərmi Sultandır. 14 yaşı olanda Nevşəhərli İbrahim Paşanın qardaşı oğlu miraxur Mustafa ağayla evləndirildi. Tamamilə siyasi məqsədlərlə baş tutan bu evlilik 5 il sonra 1733-cü ildə həqiqi evliliyə çevrildi. 30 illik evliliyinin ardından 1764-cü ildə əri vəfat etdi. Ertəsi il isə Mələk Mehmed Paşa ilə evləndirildi və bu evliliyi ölümünə qədər davam etdi. Bu evlilikdən Sultanzadə Mahmud bəy adlı bir oğlu dünyaya gəldi. Əri isə gələcəkdə sədarətə qədər yüksəldi. Öz adına inşa etdirdiyi Zeynəb Sultan külliyəsinin həyətindəki türbəyə dəfn olundu.

  • Duindam, Jeroen; Artan, Tülay; Kunt, Metin (August 11, 2011). Royal Courts in Dynastic States and Empires: A Global Perspective. BRILL. pp. 362, 363 n. 49. ISBN 978-9-004-20622-9
  • Sumner-Boyd, Hilary; Freely, John (November 30, 2009). Strolling Through Istanbul: The Classic Guide to the City. Tauris Parke Paperbacks. ISBN 978-0-857-73005-3