Xanzadə Sultan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xanzadə Sultan
Doğum tarixi 19 sentyabr 1923(1923-09-19)
Doğum yeri
Vəfat tarixi 19 mart 1998(1998-03-19) (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Aşiyan qəbiristanlığı[d]
Atası Ömər Fərrux Əfəndi
Anası Sabiha Sultan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xanzadə Zəhra Sultan və ya Xanzadə Osmanoğlu (19 sentyabr 1923, İstanbul19 mart 1998, Paris) — Osmanlı sülaləsinin üzvü.

Xanzadə Sultan 19 sentyabr 1923 tarixində ailəsinin yeni yaşamağa başladığı Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Şahzadə Ömər Fərrux Əfəndi son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu, anası Sabiha Sultan isə son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı idi. Xanzadə ailənin ortancıl qızı idi və özündən başqa Fatma NəslişahNəcla adlı 2 bacısı vardı.

3 mart 1924 tarixli 431 saylı qanunla 6 aylıq Xanzadə Sultan ailəsiylə birlikdə sürgünə getdi. Uşaqlıq və gənclik illəri Fransanın Nitsa şəhərində keçdi. Burada bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanımSultanzadə Əli bəylə birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrəndilər. 17 yaşı olanda, ailəsinin istəyilə Misirin kral ailəsindən olan Məhəmməd Əi İbrahimlə (d. 29 aprel 1900, Qahirə — ö. 2 iyul 1977, Paris) evləndi. Bu nikahdan 2 övladı — Fazilə və Əhməd dünyaya gəldi.

1952-ci ildə Misirdə baş verən çevriliş səbəbilə ailəsiylə birlikdə yenidən sürgünə getdi. Bu dəfə Fransanın Paris şəhərinə köçən Xanzadə Sultan ölümünədək burada qaldı. Qızı Fazilə İbrahimi İraq kralı II Faysalla evləndirmək istəsə də, 1958-ci ildə İraqda baş verən çevriliş əsnasında kral öldürülmüş, bu səbəblə nikah baş tutmamışdı.

Xanzadə Sultan 19 mart 1998-ci ildə Parisdə vəfat etdi. Cənazəsi 27 mart günü Türkiyəyə gətirilərək burada Aşiyan məzarlığında dəfn olundu.

  • Sabiha Fazilə İbrahim (d. 8 avqust 1941, Nöyi-sür-Sen) — ilk evliliyi 11 dekabr 1965 tarixində Parisdə Türkiyə Baş nazirlərindən Suat Hayri Ürgüplünün oğlu Hayri Ürgüplü ilə, ikinci evliliyi isə Jean-Alphonse Bernard ilə 18 iyun 1983 tarixində baş tutdu. İlk evliliyindən 2 övladı dünyaya gəlmişdir:
    • Əli Suad Ürgüplü (d. 28 sentyabr 1967, İstanbul)
    • Mehmed Səlim Ürgüplü (d. 31 oktyabr 1968, İstanbul)
  • Əhməd Rüfət İbrahim (d. 31 avqust 1942, Qahirə) — 26 iyun 1969 tarixində əminə Uşaklıgil ilə evləndi.