Burnaz Atikə Sultan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Burnaz Atikə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1614
Doğum yeri
Vəfat tarixi 1674
Vəfat yeri
Dəfn yeri
Atası I Əhməd
Həyat yoldaşları
Ailəsi Osmanlı xanədanı

Burnaz Atikə Sultan (1614, İstanbul, Osmanlı imperiyası1674, İstanbul, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı.[1]

Atikə Sultan 1614-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Şahzadə Qasımın əkizidir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, XanzadəAişəylə birlikdə Köhnə saraya göndərildilər.

Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. 1633-cü ildə qardaşı Sultan Muradın istəyilə kaptan-ı dərya Bostancı Cəfər Paşayla nigahlandı. Ancaq Cəfər Paşa qısa zaman sonra gözdən düşdü və cəmi bir il sonra - 30 iyun 1634-cü ildə vəzifədən alındı. Bununla yanaşı Sultan Muradın əmriylə Atikə Sultandan boşandı və paytaxtdan uzaqlaşdırıldı.

Elə həmin il yenə qardaşı Sultan Muradın istəyilə divan vəzirlərindən Gürcü Kənan Paşa ilə nigahlandı. 18 il davam edən bu evliliyindən övladının olub-olmadığı bilinmir. Kiçik qardaşı Sultan İbrahimin taxta çıxmasından sonra saraydakı nüfuzunu qoruyan Atikə Sultan gələcəyin validə sultanı olan Turhan Sultanın qardaşının hərəminə alınması və təlim-tərbiyə edilməsində yaxından iştirak etmişdir. Ancaq qardaşının 1648-ci ildə taxtdan endirilərək öldürülməsinin ardından bir müddət saraydan uzaqlaşdı. 1652-ci ilin əvvəllərində həyat yoldaşı Kənan Paşanın vəfat etməsinin ardından Atikə Sultan həmin ilin iyulunda divan vəzirlərindən Doğancı Yusif Paşa ilə nigahlandı. Nigahın ardından RumeliAnadoluda müxtəlif dövlət vəzifələrində xidmət edən Yusif Paşa 1670-ci ildə vəfat etdi və beləcə Atikə Sultan üçüncü dəfə dul qaldı. Cəmi 2 il sonra isə - 1672-ci ildə İstanbulda vəfat edən Atikə Sultanın cənazəsi qardaşı Sultan İbrahimin türbəsinə dəfn edildi.

  • Peirce, Leslie P. (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. ISBN 978-0-195-08677-5
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
  • Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları (5 bas.). Ankara: Ötüken. ISBN 9789754378405.
  1. Sicill-i Osmani I, səh. 20