Ümmügülsüm Sultan (Sultan İbrahimin qızı)
Ümmügülsüm Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | yanvar 1642 |
Doğum yeri | |
Vəfat tarixi | 1655 |
Vəfat yeri | |
Atası | I İbrahim |
Anası | Xədicə Müəzzəz Sultan |
Həyat yoldaşı |
Ümmügülsüm Sultan (yanvar 1642, Topqapı sarayı, İstanbul – 1655, Topqapı sarayı, İstanbul) — Osmanlı sultanı Sultan İbrahimin qızı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ümmügülsüm Sultan 1642-cü ilin yanvarında Topqapı sarayında doğuldu. Anası Müəzzəz Sultandır. Uşaqlıq illəri Topqapı sarayında keçdi. Hələ 5 yaşında ikən atası taxtdan endirilərək qətlə yetirilmiş, yerinə özündən bir yaş böyük ögey qardaşı IV Mehmed taxta çıxarıldı. Nənəsi Validə Kösəm Sultanın himayəsində Topqapı sarayında yaşamağa davam etsələr də, 1651-ci ildə nənəsi saray üsyanı nəticəsində öldürüldü və o, bacısı Ayşə Sultan və anası Müəzzəz Sultan mərhum padşahın digər xanımları və qızlarıyla birlikdə Köhnə saraya sürgün edildi.
Çox keçmədən Validə Turhan Sultan tərəfindən 1653-cü ildə vəzir Əhməd Paşayla nigahlandırıldı. Tamamilə formal olan nigahın ardından Əhməd Paşa Bozca adanın mühafizəsiylə vəzifələndirilib paytaxtdan uzaqlaşdırıldı. Ancaq çox keçmədən Ümmügülsüm Sultan bilinməyən səbəblə hələ 12 yaşında ikən vəfat etdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Alderson, 1956, table XXXVII.
- Süreyya, 1 Cild, 1996, s. 44.