Atikə Sultan (III Əhmədin qızı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Atikə Sultan
osman. عتيقه سلطان
Şəxsi məlumatlar
Doğum tarixi 29 mart 1712(1712-03-29)
Doğum yeri Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 2 aprel 1738(1738-04-02) (26 yaşında)
Vəfat yeri Cağaloğlu sarayı, İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Validə Turxan Sultan türbəsi, Yeni məscid
Fəaliyyəti əsilzadə
Atası III Əhməd
Həyat yoldaşı Gənc Mehmed Paşa
Ailəsi Osmanlı xanədanı

Atikə Sultan (29 mart 1712, İstanbul2 aprel 1738, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı.

Atikə Sultan 29 mart 1712-ci ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Əhməd, anasının kimliyi isə bilinmir. Hələ 12 yaşında ikən 6 yanvar 1724-cü ildə sədrəzəm Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed Paşayla nişanlandı. 20 fevral günü İbrahim Paşa sarayından Topqapı sarayına daşınan nişan hədiyyələrinin ardından cütlüyün nigahı bağlandı. Eyni mərasimlə bacısı Xədicə Sultan da Osman Paşanın oğlu Əhməd Paşayla nigahlandı. Cütlüyün toy mərasimi isə 13 mart günü baş tutdu və 3 gün boyunca davam etdi. Mərasimin ardından Cağaloğlu sarayı cütlüyə təsis edildi. Övladının olub-olmadığı bilinmir.

Atikə Sultan 2 aprel 1738-ci ildə Cağaloğlu sarayında vəfat etdi və cənazəsi Validə Turxan Sultan türbəsində atasının yanına dəfn edildi.

  • Haskan, Mehmet Nermi (2001). Yüzyıllar boyunca Üsküdar - Volume 3. Üsküdar Belediyesi. p. 1332. ISBN 978-9-759-76063-2
  • Duindam, Jeroen; Artan, Tülay; Kunt, Metin (August 11, 2011). Royal Courts in Dynastic States and Empires: A Global Perspective. BRILL. ISBN 978-9-004-20622-9
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6