Əsma Sultan (Əbdüləzizin qızı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əsma Sultan
إسما السلطان
Şəxsi məlumatlar
Doğum tarixi 21 mart 1873(1873-03-21)
Doğum yeri
Vəfat tarixi 22 oktyabr 1899(1899-10-22) (26 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Əbduləziz
Anası Gövhəri Qadınəfəndi
Həyat yoldaşı Şahaplı Çərkəz Mehmed Paşa
Ailəsi Osmanlı xanədanı

Əsma Sultan (21 mart 1873, İstanbul22 oktyabr 1899, İstanbul) — 32-ci Osmanlı padşahı Əbdüləzizin qızıdır.

Əsma Sultan 1873 tarixində Dolmabağça Sarayında dünyaya gəlmişdir. Anası Gövhəri Qadınəfəndidir. Hələ 3 yaşında ikən atası devrilərək öldürülmüş, II Əbdülhəmid taxta oturmuşdur. Bundan sonrakı həyatını II Əbdülhəmidin Ulduz Sarayındakı hərəmində keçirmişdir. İlk təhsilini 1879-cu ildə qardaşları Seyfəddin ƏfəndiŞövkət Əfəndi, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim ƏfəndiZəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. 1889 tarixində Şahaplı Çərkəz Mehmed Paşa ilə evləndirilmişdir. 1899 tarixində beşinci övladını dünyaya gətirərkən vəfat etmişdir.[1]

  • Sultanzadə Həsən Bədrəddin Əfəndi (1890–1909)
  • Sultanzadə Hüseyn Xeyrəddin Əfəndi (1890–1956)
  • Fatma Sidiqə xanım Sultan (1894–1894)
  • Sultanzadə Sadəddin Əfəndi (1895–1976)
  • Sultanzadə Bəyzadə Abdullah Əfəndi (1899–1899)
  1. Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.