Ruqiyə Sultan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ruqiyə Sultan
Dürriyə Sultan, qardaşı Nazim Əfəndi və bacısı Ruqiyə Sultan (soldan sağa)
Dürriyə Sultan, qardaşı Nazim Əfəndi və bacısı Ruqiyə Sultan (soldan sağa)
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Budapeşt, Macarıstan krallığı
Dəfn yeri Gülbaba türbəsi, Budapeşt
Atası Mehmed Ziyayəddin Əfəndi
Anası Ünsiyar xanım
Həyat yoldaşı Sokolluzadə Əbdülbaki İhsan bəy
Uşağı Behiyə Əməl Nuricihan Sokollu
Ailəsi Osmanlı xanədanı

Ruqiyə Sultan (11 noyabr 1906, İstanbul20 fevral 1927) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.

Ruqiyə Sultan 11 noyabr 1906-cı ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 5 yanvar 1924-cü ildə Heydərpaşa köşkündə Sokollu Mehmed Paşanın şəcərəsindən Sokolluzadə Əbdülbaki İhsan bəylə (d. 1900 - ö. 20 sentyabr 1968) evləndi.

Ancaq nigahdan cəmi 2 ay sonra - 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Ruqiyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Cütlüyün yeganə övladı olan Əməl Nuricihan xanım Sultan da 15 iyun 1925-ci ildə məhz burada dünyaya gəldi. Ancaq doğuşdan cəmi 6 ay sonra Ruqiyə Sultanın səhhəti pisləşdi və müalicə məqsədilə getdiyi Budapeşt20 fevral 1927-ci ildə vəfat etdi. Cənazəsi Budapeştdə yerləşən XVI əsrə aid Gülbaba türbəsinə dəfn edildi.

Behiyə Əməl Nuricihan Sokollu (d. 15 iyun 1925, Beyrut) — 1951-ci ildə Camal Hodo ilə (d. 1900 - ö. 1977) evləndi və 3 övladı oldu:

  • Banu Hodo (d. 1952)
  • Bala Hodo (d. 1955)
  • Nazim Hodo (d. 1958)