Behiyə Sultan
Behiyə Sultan | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 sentyabr 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 5 mart 1948 (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Əbdülhəlim Paşa türbəsi, Qahirə |
Atası | Mehmed Səlahəddin Əfəndi |
Anası | Naziknaz xanım |
Həyat yoldaşı | |
Ailəsi | Osmanlı xanədanı |
Vikianbarda əlaqəli mediafayllar |
Behiyə Sultan (20 sentyabr 1881, Çırağan sarayı, İstanbul, Osmanlı imperiyası – 5 mart 1948, Qahirə, Misir) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Behiyə Sultan 20 sentyabr 1881-ci ildə babasının taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Muradın oğlu Səlahəddin Əfəndi, anası isə onun üçüncü xanımı Naziknaz xanımdır. Babasının vəfat etdiyi 1904-cü ilədək bu sarayda nəzarət altında yaşayan Behiyə Sultan daha sonra digər ailə üzvləriylə birlikdə Üsküdar sarayına köçürüldü. 17 fevral 1910-cu ildə məhz bu sarayda Hafiz Haqqı Paşayla nikahlandı. Nikah mərasimi əsnasında bacısı Ruqiyə Sultan da Əbdülməcid Heydər bəylə (d. 1889 - ö. 23 noyabr 1965) nikahlandı. Hər iki sultanın toy mərasimi isə 12 yanvar 1911-ci ildə Vasif Paşa köşkündə baş tutdu. Ancaq nə Behiyə Sultanın, nə də Ruqiyə Sultanın bu nikahlarından övladları olmadı. Behiyə Sultan Hafiz Haqqı Paşanın 1915-ci ildə vəfatının ardından bir daha evlənmədi.
3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Behiyə Sultan da sürgünə göndərildi. Sürgün illərini Qahirə yaxınlığındakı Maadi qəsəbəsində keçirən Behiyə Sultan 5 mart 1948-ci ildə evində vəfat etdi. Cənazəsi Qahirədəki Əbdülhəlim Paşa türbəsinə dəfn edildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. 2010. p. 279. ISBN 978-0-292-78335-5
- Brookes, Douglas S. (February 4, 2020). On the Sultan's Service: Halid Ziya Uşaklıgil's Memoir of the Ottoman Palace, 1909–1912. Indiana University Press. pp. 83 n. 5. ISBN 978-0-253-04553-9
- Salnâme-i Devlet-i Âliyye-i Osmanîyye, 1333-1334 Sene-i Maliye, 68. Sene. Hilal Matbaası. 1918. pp. 72–73
- Yılmaz Öztuna (1978). Başlangıcından zamanımıza kadar büyük Türkiye tarihi: Türkiye'nin siyasî, medenî, kültür, teşkilât ve san'at tarihi. Ötüken Yayınevi. p. 165